
“Modriç dünya futbolunun əsl abidəsidir”
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello komandanın yarımmüdafiəçisi Luka Modriçi “futbol abidəsi” adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Modriç dünya futbolunun əsl abidəsidir. Onun kimi oyunçular meydanı işıqlandırır və heyrətamiz şeylər yaradır. Modriç əsl peşəkardır”.
40 yaşlı futbolçu ötən yay “Real”dan “Milan”a keçib.
“Milan” sonuncu dəfə A Seriyasının titulunu dörd il əvvəl, 2022-ci ildə Stefano Piolinin rəhbərliyi altında qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



