Salah: “Milli komanda ilə titul qazanmaq istəyirəm”

Misir milli komandasının futbolçusu Məhəmməd Salah Afrika Millətlər kubokunda Seneqala qarşı keçirəcəkləri final oyunu ilə bağlı fikirlərini bildirib.

Komanda.az “Liverpool Echo” saytına istinadən xəbər verir ki, Salah, milli komanda ilə titul qazanmaq istədiyini deyib:

“Sadio Manenin olduğu Seneqal yığmasına qarşı oynamaq böyük bir şeydir. Oyunda rəqib olacağıq, sonra yenidən komanda yoldaşı. Mərakeşlə matçdan sonra onunla danışdım, başının vəziyyətini soruşdum.

Milli komanda ilə titul qazanmaq istəyirəm. Çempionlar Liqasını qazanmışam, buna görə çox şadam. Premyer Liqada 30 il çempion ola bilməyən komandayla çempionluq yaşadım. İsveçrədə qalib oldum, indi də millidə bu uğuru əldə etmək istəyirəm. Ümid edirəm ki, Afrika Millətlər kubokunu qazanacağıq”.

Bu gün keçiriləcək Seneqal – Misir matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button