Millinin sabiq üzvü Premyer Liqa klubundan ayrıldı

İngiltərənin “Aston Villa” klubu müdafiəçisi Eşli Yanqla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

37 yaşlı futbolçu ilə müddəti başa çatmaqda olan müqavilənin yenilənməyəcəyi bildirilib.

Yanq 2021-ci ilin yayından “Aston Villa”da çıxış edirdi. O, 2007-2011-ci illər aralığında da bu klubun formasını geyinib. Bu komandada 247 matça çıxan futbolçu 38 qol vurub. “Uotford”, “Mançester Yunayted”, “İnter”də də oynamış müdafiəçi İngiltərə millisində 39 oyuna 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button