Millidə yeni baş məşqçi

Futbol üzrə Fil Dişi Sahili milli komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Jan-Lui Qasseyə tapşırılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Qasse 2010-2012-ci illərdə Fransa millisində köməkçi-məşqçi kimi çalışıb. O, “Bordo” və “Sent-Etyen” klublarında baş məşqçi olub.