Milli üzvlərinə döymə qadağası

Futbol üzrə Çin milli komandasının üzvlərinə döymə etdirmək qadağan edilib.

Komanda.az xəbər verir ki, bu barədə ölkənin idman nazirliyi məlumat yayıb.

Rəsmilər bunu xüsusilə, milli üzvü olan idmançıların ictimaiyyətə və gənc nəsilə yaxşı bir örnək olması ilə izah ediblər. İndiyə qədər bədənində hansısa döyməsi olan futbolçuların da onları sildirməsi tələb olunub. Əks halda, onlar Çin Futbol Federasiyası tərəfindən ciddi cəzalanacaqlar.

Bəzi xüsusi durumlarda isə idmançıların məşqlər və oyunlar zamanı həmin döymələrinin üstünü örtməsinə icazə veriləcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Çin hökuməti 2018-ci ilin ortalarından bəri internetdə və televiziya məkanında ünlü insanların döymələrini nümayiş etdirməsinə qadağa qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button