Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya uduzdu

Bu gün UEFA Millətlər Liqasında 3-cü turun daha bir neçə oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi 3-cü tur çərçivəsində Bakıda Slovakiya yığmasını qəbul edib. Canni De Byazinin rəhbrərlik etdiyi milli komanda əvvəlki iki turda əvvəlcə Qazaxıstana uduzub (0:2), ardından Belarusla qolsuz heç-heçə edib.

Azərbaycan yığması nəhayət, Millətlər Liqasında həm qələbə qazanmağa, həm də qol vurmağa çalışıb. Amma rəqib də Bakıya qələbə üçün gəlmişdi. Slovakiya seçməsi son turda Qazaxıstana məğlub olandan sonra baş məşqçi istefaya göndərilmişdi. Bu görüşün taleyini bir qol həll edib. Matçın sonlarında qələbə qolunu vurmağa nail olan qonaqlar Bakıdan 3 xalla qayıdıblar.

Qrupun digər oyununda Belarus lider Qazaxıstan millisi ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası, 3-cü tur

C Liqası, 3-cü qrup

10 iyun

Azərbaycan – Slovakiya 0:1
Qol: V.Vayss, 81.
Hakimlər: Donatas Rumsas, Aleksandr Radius, Dovidas Sujidelis, Robertas Valikonis (hamısı Litva)
Bakı. “Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Slovakiya: 1. Marek Rodak, 2. Peter Pekarik (k) 3. Vernon de Marko, 4. Martin Valyent, 5. Lübomir Şatka, 6. David Strelets, 10. Albert Rusnak, 11. Tomaş Suslov, 13. Patrik Hroşovski, 17. Lukaş Qaraslin, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Frantişek Plaç, 23. Dominik Takaç, 7. Vladimir Vayss, 8. Andrey Duda, 9. Kristian Herç. 14. İvan Meşik, 15. Martin Reqali, 16. Martin Koşçelnik, 18. İvan Şçrans, 19. Yuray Çvatal, 20. Ladislav Almasi, 21. Matoş Bero.
Baş məşqçi: Samuel Slovak.

Xal: Qazaxıstan – 6, Slovakiya – 6, Azərbaycan – 1, Belarus – 1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button