Sergey İtaliyada qalmaq istəmir

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçin gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, futbolçunun İtaliyada qalmayacağını deyib:

“Klub prezidenti ilə söhbətdə əmin oldum ki, Milinkoviç-Saviç ayrılsa, asan olmayacaq. O, İtaliyada qalmaq istəmir”.

27 yaşlı serbiyalı futbolçu bu mövsüm A Seriyasında 36 oyuna çıxıb, 11 qol vurub və 11 məhsuldar ötürmə edib.