Kyaer zəng gözləyir

“Milan”ın futbolçusu Simon Kyaer açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, danimarkalı müdafiəçi, “qırmızı-qaralar”da çıxış etməkdən xoşbəxt olduğunu deyib:

“Milan”la yeni müqavilə imzalamağa yaxınam? Xeyr. Lakin bu klub üçün oynamaqdan son dərəcə xoşbəxtəm. Bütün diqqətim oyunlardadır. Həm klubda, həm də Milanda özümü yaxşı hiss edirəm.

Klub mənim fikrimi yaxşı bilir. Məsələni həll etmək üçün zəng etmələri kifayətdir”.

Kyaerin “Milan”la müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm “rossonyeri” ilə ümumilikdə 5 oyuna çıxıb.