“Milan”da ciddi itki

“Milan”ın futbolçusu Frank Kessye Fil Dişi Sahili milli komandasının düşərgəsində zədələnib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Misirə qarşı keçirilən 1/8 final mərhələsi matçının ilk hissəsində zədələnib. Kessyenin durumu tibbi müayinədən sonra bilinəcək.

Misir yığması Afrika Millətlər kubokunda Fil Dişi Sahili millisini məğlub edib (əsas vaxt – 0:0, penaltilər – 5:4).