“Barselona” “Milan”ın futbolçusu ilə danışıqlara başladı

“Milan”ın futbolçusu Frank Kessye daha bir klubun diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, İspaniyanın “Barselona” klubu da 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanmağa başlayıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” Kessyeni mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir. Kataloniya təmsilçisi yarımmüdafiəçi ilə danışıqlara başlayıb, amma hələ razılıq əldə edilməyib.

Kessye ilə İngiltərənin “Tottenhem” klubu da yaxından maraqlanır.

Fil Dişi Sahili millisinin üzvü olan yarımmüdafiəçinin “Milan”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.