
ÇL: “Heç nə itirilməyib”
“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Budo Qlimt”ə qarşı keçirilən ilk oyundakı məğlubiyyəti (1:3) şərh edib.
Matçın ilk hissəsi 1:1 hesabı ilə başa çatsa da, ikinci yarıda meydan sahibləri daha iki cavabsız qol vuraraq qarşılaşmadan qalib ayrılıblar və favorit hesab olunan Milan təmsilçisi üçün vəziyyəti çətinləşdiriblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter”in baş məşqçisi Kivu oyundan sonra meydanın vəziyyətinin komandası üçün çətinlik yaratdığını etiraf etsə də, bunu bəhanə saymadığını bildirib:
“Belə meydanda oynamaq asan deyildi, amma bu, bəhanə ola bilməz. “Budo Qlimt”in bizə problem yarada biləcəyini bilirdik. Qarşıda “San-Siro”da cavab oyunu var. Heç nə itirilməyib”.
Komandalar arasında 1/8 finala vəsiqənin taleyini həll edəcək cavab qarşılaşması fevralın 24-də, Milanda keçiriləcək.
Bizi Facebook-da izləyin



