
İstefalar “Milan”a 22 milyon avroya başa gələcək
“Milan” baş məşqçi Massimiliano Alleqri və direktorlar Corco Furlani, İqli Tare, həmçinin, Ceffri Monkadla yollarını ayırıb. Bu qərarın əsas səbəbi komandanın mövsümü A Seriyasında turnir cədvəlinin 5-ci pilləsində başa vurması və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsidir.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, istefalar “qırmızı-qaralar”a ümumilikdə təxminən 22 milyon avroya başa gələcək. Ən böyük kompensasiyalar Corco Furlani (təxminən 10 milyon avro) və Massimiliano Alleqriyə (təxminən 9 milyon avro) ödəniləcək.
Bu xərclər 30 iyun 2026-cı ildə başa çatacaq mövsümün maliyyə hesabatında birdəfəlik xərc kimi göstəriləcək. Bununla yanaşı, işdən ayrılan şəxslərin yeni klub tapacağı halda, bəzi ödənişlərin azalması mümkündür.
Xəbərdə həmçinin, vurğulanır ki, Alleqri artıq “Napoli”də Antonio Kontenin mümkün əvəzləyicilərindən biri hesab olunur.
Bizi Facebook-da izləyin



