“Milan”da ciddi itki

İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib. Türk futbolçunun “Yuventus”la oyunda (1:3) ayaq biləyindən zədələndiyi bildirilir. Onun A Seriyasının növbəti turu çərçivəsində keçiriləcək “Torino” ilə oyunda iştirak etməyəcəyi deyilir.

“Milan” – “Torino” oyunu sabah, saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button