
“Milan” əks-hücumda çox təhlükəli olur”
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello komandanın oyunalarda niyə çətinlik çəkdiyini izah edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Onlar dominantlıq etməli, oyunu qurmalı, boş zonalar tapmalıdırlar. Amma lazım olduqda, bu işdə o qədər də yaxşı deyillər. Lakin təşəbbüs rəqibə verildikdə, “Milan” əks-hücumda çox maraqlı və təhlükəli olur”.
Milan klubunun hazırda baş məşqçisi Massimiliano Alleqridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



