“Hər iki tərəf topla oynamağı sevir” – Belçika millisinin futbolçusu

Belçika yığmasının futbolçusu Yuri Tilemans Azərbaycan millisinə qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələsinin oyunu ərəfəsində mətbuat konfransında iştirak edib.

Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi kapitan Kevin De Bruynenin yoxluğunu xüsusi vurğulayıb:

“Hər iki tərəf topla oynamağı sevir. Bu baxımdan çətin mübarizə olacaq. De Bruynenin yoxluğunun bizim üçün çətinliyi var. Buna baxmayaraq, keyfiyyətli oyunçulara sahibik. Ələ düşən imkanlardan yararlanmağa çalışacağıq.

Komandaya qoşulan gənc futbolçular həyəcanlıdırlar, məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Onlarla yanaşı, təcrübəlilərimiz də var. Hər kəs əsas heyətə düşməyə çalışır”.

Sentyabrın 9-da“Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button