“Messinin etdiklərini təkrarlamaq mümkün deyil” – “Liverpul”un futbolçusu

“Liverpul”un futbolçusu Deyan Lovren açıqlama verib.

Komanda.az xəbər verir ki, xorvatiyalı müdafiəçi, sosial şəbəkə hesabından etdiyi canlı yayımda baş məşqçisi Yurgen Klopp haqqında danışıb:

“Kloppun rəhbərliyi altında oynamağın xüsusi olacağını əvvəldən bilirdik. Onunla çalışdıqdan sonra böyük məşqçi olduğunu başa düşməyə başladım. Klopp dünyanın ən yaxşı məşqçilərindən biridir”.

“Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu müqayisə edən Lovren, argentinalının daha yaxşı olduğunu bildirib:

“Messi daha yaxşıdır. O, başqalarının fərdi şəkildə edə bilmədiklərini edir. Messinin etdiklərini təkrarlamaq mümkün deyil. Ronaldo da fantastik futbolçudur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button