Messi, yoxsa Ronaldo? – İquayn cavab verir

“İnter Mayami”nin hücumçusu Qonsalo İquayn “Lionel Messi, yoxsa Kriştiano Ronaldo” sualına cavab verib.

Komanda.az “La Nacion”-a istinadən xəbər verir ki, argentinalı futbolçu üstünlüyü həmyerlisinə verib:

“Mən birinci deyiləmsə, şübhəsiz ki, həm Ronaldo, həm də Messi ilə oynayan ikinciyəm. Onların hər ikisi fenomenaldır. Amma seçim etməli olsaydım, Messiyə üstünlük verərdim”.

35 yaşlı Messi ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 34 oyuna 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

37 yaşlı Ronaldo “Mançester Yunayted”in heyətində bütün yarışlarda 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button