“Messi tarixin ən yaxşısıdır” – keçmiş futbolçu

Keçmiş futbolçu Qari Lineker PSJ-nin hücumçusu Lionel Messi haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, onun fikrincə, 35 yaşlı argentinalı bütün zamanların ən yaxşı futbolçusudur. Bu barədə o, “tvitter” hesabında yazıb:

“Messi bütün zamanların ən yaxşı oyunçusudur. Amma müxtəlif nəsillərdən olan oyunçuları müqayisə etmək çətin və ədalətsizdir. Maradona əla idi və onları müqayisə etmək üçün Pele, Puşkaş və hətta Corc Bestin matçlarını kifayət qədər görmədim. Messi indiyə qədər dövrünün ən yaxşı oyunçusudur. Amma mən hesab edirəm ki, o, tarixin ən yaxşısıdır”.

Messi ötən mövsüm PSJ-nin heyətində 34 oyunda 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button