Laporta: “Messi ilə yeni müqaviləni klub üçün zərərli hesab edirdik”

“Barselona”nın sabiq prezidenti və yenidən bu vəzifəyə namizəd olan Xuan Laporta “İnter Mayami”nin hücumçusu Lionel Messi haqqında danışıb, argentinalı futbolçunun 2021-ci ildə Kataloniya klubundan ayrılması ilə bağlı vəziyyəti şərh edib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Barsa”nın sabiq rəhbəri, Messi ilə yeni müqavilə imzalamaq istəmədiklərini bildirib:

“Biz yeni müqavilə imzalamaq istəmədik, çünki bunu klub üçün zərərli hesab edirdik. “Barselona” oyunçulardan, direktorlardan və prezidentlərdən üstündür və biz buna yol verə bilməzdik. Prezident kimi mənim üçün bu, ən kədərli şeydir. Bunlar, məsələn, Ronald Kuman, Xavi Hernandes, Jerar Pike (“Barselona”nın sabiq futbolçuları) və digərlərinin getdiyi məyusedici anlardır. Bunlar çətin dövrlərdir, amma biz bunu qəbul edə bilmədik. Onun müqaviləsinin müddətinin uzadılması ilə bağlı xərclər həddindən artıq çox idi və buna görə də, o, komandada qalmağa davam edə bilmədi.

Mən Messini və digər oyunçuları prezident olduğum ilk müddətdən bəri tanıyıram və zaman keçdikcə onlara bağlanır, onları qiymətləndirməyə başlayırsan. Bütün bu oyunçulara çox minnətdarıq, amma “Barselona” da onlar üçün çox şey edib. Bu, nəzərdə tutulmamışdı və Leo karyerasını klubda davam etdirə bilməzdi”.

Messi “Barselona”da 17 il (2003-2021) keçirərək, klubun əfsanəsinə çevrilib. O, bu müddət ərzində 778 matçda 672 qol vurub, 10 La Liqa titulunu və 4 UEFA Çempionlar Liqasını, eləcə də, çoxsaylı digər mükafatlar da daxil olmaqla 35 kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button