Messi ilə qonşu oldu, evinin qiyməti iki dəfə artdı

“İnter Mayami” və Argentina millisinin futbolçusu Lionel Messinin qonşusu Patrik Bet-David maraqlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Messiylə qonşu olduqdan sonra evinin qiymətinin iki dəfə artdığını söyləyib. Onlar Mayamidə, Fort-Loderdeyl kurort şəhərinin sahilində qonşudurlar.

“Mən evimi 20 milyon dollara almışam. Messi gələndən sonra isə ev 45 milyon dollar dəyərində olub. Beləliklə, kapitalımı 25 milyon dollar artırmışam. Messi bura köçdükdən sonra hamı burada yaşamaq istəyir. Tək girişi olan hasarlanmış ərazi olan bu yer çox təhlükəsiz və qorunandır. İndi Messi buradadır. İnsanlar onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər” – deyə, o bildirib.

Messi ötən ildən “İnter Mayami”də top qovur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button