Messi yenidən Avropa klubunda oynaya bilər

“İnter Mayami”nin hücumçusu Lionel Messi yenidən Avropa klubunda oynaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ komandası MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməsə, “İnter Mayami”nin tanınmış oyunçuları qısamüddətli olaraq Avropaya gedə bilərlər. Beləliklə, argentinalı hücumçunun Avropa klublarından birinə keçməsi mümkündür.

Messi yay transfer pəncərəsində PSJ-dən “İnter Mayami”yə keçib. Onun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Futbolçu bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button