Menecerindən İkardi açıqlaması: “Arxa planda qalır”

Argentinalı futbolçu Mauro İkardinin “İnter”dəki taleyinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçunun həyat yoldaşı və meneceri olan Vanda Nara İtaliya mətbuatına açıqlama verib. Nara, İkardinin növbəti mövsüm də “İnter”də qalacağını deyib:

“İkardi “İnter” üçün qollar vurmağa davam edəcək. Hazırda arxa planda qalır və ailəsindən güc alır.

İkardi “İnter”lə həmişə yaxşı əlaqədə olub. Klubdakı hamı ilə arası yaxşıdır. O, gələcək mövsüm də “İnter”in şərəfini qoruyacaq”.

İtaliya mətbuatı İkardinin “İnter”də qalmaq istəmədiyini və karyerasını İspaniya və ya İngiltərədə davam etdirmək istədiyini iddia edirdi.