Fransa millisinin sabiq hücumçusu ilə 3 illik müqavilə – 35 yaşında

Meksikanın “Tiqres” klubu futbolçusu Andre-Pyer Jinyakla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

2015-ci ildən “Tiqres”də çıxış edən Jinyak Meksika çempionatları tarixinin ən çox qol vuran avropalı futbolçusu ünvanını daşıyır. Hücumçu Fransa yığmasında 36 oyuna 7 qol vurub.

Jinyak ölkəsində daha əvvəl “Loryan”, “Tuluza” və “Marsel”də çıxış edib.