“Mbappe yadplanetlidir” – Donnarumma

PSJ-nin qapıçısı Canluici Donnarumma Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real”a (1:0) qələbə qolunu vuran Kilian Mbappenin çıxışını dəyərləndirib.

Komanda.az xəbər verir ki, “Sky İtalia”ya danışan Donnarumma, Mbappeni tərifləyib:

“Mbappe yadplanetlidir. Meydanda və meydandan kənarda şou göstərir. O, müstəsna futbolçudur”.

Mbappenin 94-cü dəqiqədə vurduğu qol “Real”la oyunda PSJ-yə qələbə qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button