
1000 avroluq şam yeməyi
“Real”ın hücumçuları Kilian Mbappe və Vinisius Junior komanda ilə birgə şam yeməyi üçün restoranda 1000 avrodan çox hesab ödəyiblər.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Şam yeməyi komandanın birliyini gücləndirmək məqsədilə təşkil olunub. Ancaq baş məşqçi Alvaro Arbeloa və onun köməkçiləri tədbirdə iştirak etməyiblər.
Şam yeməyi fevralın 17-də keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika”ya qarşı ilk oyunundan bir həftə əvvəl baş tutub. “Real” turnirin 8-ci tur matçında lissabonlulara 2:4 hesabı ilə məğlub olub.
“Kral klubu” hazırda İspaniya çempionatının 23-cü turundan sonra 57 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



