Lautaro Martines Vyeriyə çatdı

“İnter”in hücumçusu Lautaro Martines bütün yarışları nəzərə alsaq, Milan klubunun heyətində qolların sayını 123-ə çatdırıb. 

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, argentinalı forvard bununla da Kristian Vyeriyə çatıb.

Hazırda klub tarixində cəmi 8 futbolçu onlardan daha çox qol vurub.

Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm “neradzzura”nın heyətində bütün turnirlərdə 26 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib.

Kristian Vyeri isə 1999-2005-ci illərdə “İnter”də çıxış edib və komanda ilə İtaliya kubokunu qazanıb.
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button