“Martineslə yeni müqavilə beş illik olacaq” – “İnter” rəsmisi

“İnter”in baş direktoru Cüzeppe Marotta hücumçu Lautaro Martineslə müqavilənin uzadılması ilə bağlı danışıqlardan danışıb.

Komanda.az xəbər verir ki, klub rəsmisi Martineslə danışıqların yaxşı getdiyini bildirib:

“Biz Martineslə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırıq. Yeni müqavilə beş illik olacaq. Lautaro “İnter”i sevir və danışıqlarımız yaxşı gedir”.

26 yaşlı argentinalı forvard 2018-ci ildən “İnter”də çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button