
“Marsel” İngiltərə klubunun futbolçusunu “qaralayıb”
“Fulhem”in mərkəz müdafiəçisi Samuel Amissa oyunuyla Fransanın “Marsel” klubunun diqqətini cəlb edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” ingiltərəli oyunçu üçün Premyer Liqadan bir neçə klubla rəqabət aparacaq.
19 yaşlı futbolçunun “Fulhem”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayında başa çatacaq. O, bu mövsüm İngiltərə klubunun heyətində 20 oyun keçirib və 4 sarı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



