
“Marsel”də “üsyan” – Obameyanq heyətdən kənarlaşdırıldı
“Marsel”in hücumçusu Pyer Emerik Obameyanq Fransa çempionatının 33-cü turunda keçiriləcək “Havr”la səfər oyununa aparılacaq heyətdən çıxarılıb.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, hadisə klub bazasında baş verən qalmaqaldan sonra yaranıb. Qabonlu forvardın rəhbərlik etdiyi bir qrup oyunçu mayın 7-də komandanın bir neçə gün bazada qalmasına etiraz olaraq iğtişaş yaradıb.
Hadisə zamanı hətta klubun inzibati işçilərindən birinin üzərinə yanğınsöndürən balondan köpük püskürdülüb. Növbəti gün “Marsel” rəhbərliyi vəziyyəti aydınlaşdırmaq üçün komandadaxili iclas keçirib. Obameyanq zərərçəkəndən və rəhbərlikdən üzr istəyib, ancaq bu, onun heyətdən kənarlaşdırılmasına mane olmayıb.
36 yaşlı futbolçu bu mövsüm 40 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin



