“Mançester Yunayted”in oyununa baxıram və xaos görürəm”

İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer “Mançester Yunayted”lə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, veteran futbolçu, “qırmızı şeytanlar”ın oyununda xaos olduğunu bildirib:

“Mançester Yunayted”in oyununa baxıram və xaos görürəm. Komandanın oyun tərzi,  strategiyası yoxdur. Tez-tez baş məşqçi dəyişirlər. Oyunçular da bəhanələrlə oynayır. “Mançester Yunayted”in futbolçuları meydanda kim olduqlarını və nəyə görə meydana çıxdıqlarını bilmirlər”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 24 turdan sonra 40 xalla 5-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button