
“Mançester Yunayted”in müdafiə xətti üçün 3 namizədi var
“Mançester Yunayted” yay transfer dövründə müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəflərindən biri “Arsenal”a məxsus olan Mayls Luis-Skellidir. Klub rəhbərliyi 19 yaşlı futbolçunu məhz yayda heyətə qatmağı düşünür.
Bununla yanaşı, “Mançester Yunayted”in maraq dairəsində digər iki müdafiəçi də var – Nataniel Braun (Frankfurt “Ayntraxt”ı) və Luis Holl (“Nyukasl”).
Luis Skelli cari Premyer Liqa mövsümündə 14 oyunda meydana çıxıb.
“Mançester Yunayted” 31 turdan sonra İngiltərə Premyer Liqasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



