“Mançester Yunayted”in məşqinə qatılmayacağını bildirdi – Ronaldo

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo komandanın 2022/23 mövsümünün bu gün keçiriləcək ilk məşqini buraxacaq.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ailəvi səbəblərdən məşqə gedə bilməyəcəyini bildirib.

Futbolçunun klubun transfer siyasətindən narazı olduğu üçün “Mançester Yunayted”i tərk edə biləcəyi bildirilirdi.

Ronaldo 2021-ci ilin avqustunun sonunda “Mançester Yunayted”ə qayıdıb. O, 2021/22 mövsümündə komandanın heyətində bütün yarışlarda 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin