“Hamımız günahkarıq” – “Mançester Yunayted”in kapitanı

“Mançester Yunayted”in futbolçusu Harri Maquayr Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Yanq Boyz”a (İsveçrə) məğlub olduqları oyundan sonra (1:2) fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın kapitanı, ikinci qolda ciddi səhvə yol verən komanda yoldaşı Cessi Linqardı müdafiə edib:

“İlk oyunumuz idi. Bir çox cəhətdən düzəlməliyik. Növbəti matçımızda tempi artırmalı və üç xal qazanmalıyıq.

İkinci hissədə oyuna yaxşı başladıq. Düşünürəm ki, əvəzetmə müdafiədə daha yaxşı olmağımıza kömək etdi. Rəqibin ciddi qol imkanı olmadı. Təəssüf ki, sonda qol vurub, qələbə qazandılar.

Futbolda səhvlər olur. İnsanlar Linqardı günahlandırırlar. Bu, düz deyil. Hamımız günahkarıq”.