Kavani “Barselona”ya keçə bilər

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu qışda “Barselona”ya keçə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin Kavaniylə maraqlandığı bildirilib.

Kavani “Mançester Yunayted”də az şans qazanmasından narazıdır və qışda klubunu dəyişmək, daha çox oynayacağı bir komandaya keçmək niyyətindədir.

34 yaşlı hücumçu bu mövsüm iki oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button