“Mançester Yunayted”də yeni müqavilə

“Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf klubu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, isveçli müdafiəçi 2024-cü ilin iyununa qədər “qırmızı şeytanlar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Lindelöf 2017-ci ildən İngiltərə təmsilçisində oynayır. O, indiyə kimi MY-də 74 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button