“Mançester Yunayted” üçün İngiltərəyə yollanacaq

“İnter”in qapıçısı Andre Onana “Mançester Yunayted”ə keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər transferlə bağlı razılıq əldə edib. Belə ki, “qırmızı şeytanlar” italyanlara qolkiper üçün 50 milyon avro+4 milyon avro bonus ödəyəcək.

Kamerunlu qolkiper qısa zamanda tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq.

İtaliya mətbuatının verdiyi xəbərə görə, Onana Premyer Liqa təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Daha sonra onun sözləşməsi bir il müddətinə uzadıla bilər.

Onana başa çatan mövsümdə “neradzurra”nın heyətində 41 oyuna çıxıb və 36 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button