“Ten Haq fərqlidir” – Skoulz

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz komandanın baş məşqçisi Erik ten Haq haqqında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, keçmiş ingilis futbolçu, “Mançester Yunayted”in yeni baş məşqçisinin çevik yanaşma sərgilədiyini deyib:

“Ten Haqın komandası Premyer Liqanın 6-cı turunda “Arsenal”ı 3:1 hesabı ilə məğlub etdi. “Mançester Yunayted”in oyunçuları yəqin ki, Ten Haqın üstünlük verdiyi üsluba uyğun gəlmir. Amma o, bu oyunçularla qalib gəlməyin yolunu tapdı. Niyə sistemini dəyişdirsin? Biz fəlsəfələrdən danışırıq, elə deyilmi? Bu məşqçilər inadkardırlar. Məsələn, Mikel Arteta, Pep Qvardiola, Yurgen Klopp inadkardır. Ancaq Ten Haq fərqlidir, ona bunun üçün vaxt vermək lazımdır”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button