Avropa Super Liqasının vitse-prezidenti “Mançester Yunayted”dən ayrılacaq – rəsmi

“Mançester Yunayted” klubunun icraçı direktoru Ed Vudvord mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. Vudvord mövsümün sonunda klubdakı işindən ayrılacaq.

49 yaşlı funksioner Avropa Super Liqası layihəsinin təşkilatçılarından idi. “Mançester Yunayted” rəsmi saytı vasitəsilə yeni yaradılan turnirdə iştirak etməyəcəyini açıqlayıb.

Vudvord 2013-cü ildən “Mançester Yunayted”in icraçı direktoru idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button