“Mən bura futbol oynamaq üçün gəlmişəm”

Eriksen ötən mövsüm “Brentford”da forma geyinib, 11 matçda 1

“Mançester Yunayted”in yeni transferi Kristian Eriksen kluba keçidi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, danimarkalı futbolçu “qırmızı şeytanlar”ın böyük tarixi olduğunu deyib:

“Mən futbol oynamaq istəyən adamam. Baş məşqçi Erik ten Haqın ideyaları və onunla söhbətlərimizdən sonra özümü “Mançester Yunayted”də təsəvvür edə bildim. “Qırmızı şeytanlar” ən böyük olmasa da, çox böyük klubdur. Onun böyük bir tarixi var, bu qədər əhəmiyyətli klubun bir hissəsi olmaq  gözəldir. Amma mən bura təkcə ad üçün deyil, futbol oynamaq üçün gəlmişəm”.

Eriksen ötən mövsüm “Brentford”da forma geyinib, 11 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button