“Mançester Siti”nin kapitanından ukraynalı futbolçuya jest

İngiltərə kubokunun 1/8 fiinalında “Peterboro Yunayted”lə keçirilən matçda “Mançester Siti”ni meydana kapitan sarğısı ilə ukraynalı futbolçu Oleksandr Zinçenko çıxarıb.

Komanda.az xəbər verir ki, əsas kapitan Fernandinyo oyunun start fitindən əvvəl kapitanlıq sarğısını Zinçenkonun qoluna taxıb. Bununla o, ölkəsi Rusiyanın hücumuna məruz qalan ukraynalı yarımmüdafiəçiyə dəstək olub. Zinçenko ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb.

Oyun “Mançester Siti”nin 2:0 hesablı qələbəsiylə başa çatıb və “şəhərlilər” 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button