Qvardiola onun “Barselona”ya keçəcəyini açıqladı

“Mançester Siti”nin futbolçusu Erik Qarsiya karyerasını “Barselona”da davam etdirəcək.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola açıqlamasında deyib. O, Qarsiyanın yeni mövsümdən “Barselona”da çıxış edəcəyini bildirib:

“Qarsiya “Barselona”da oynayacaq və o, sıradan bir futbolçu deyil. Koronavirus pandemiyası zamanı yaranmış fasilədən düzgün istifadə etdi və sonra daha çox şans qazandı”.

İtaliyalı jurnalist Fabritsio Romanonun xəbərinə görə, Qarsiya “Barselona” ilə 5 illik müqavilə imzalayacaq.

Müdafiəçi bu mövsüm “Mançester Siti”də 9 oyunda iştirak edib. Qarsiya “Barselona” klubunun yetirməsidir.