“Ona mesaj göndərdim və yanında olduğumu dedim” – Qvardiola

“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola “Nyukasl” klubunda istefaya göndərilən baş məşqçi Stiv Bryus haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, həmkarının klubdan göndərilməsinə pis olduğunu deyib:

“Stivə olanlara görə məyus oldum. Ona mesaj göndərdim və yanında olduğumu dedim. Mənim tanıdığım ən yaxşı insanlardandır. Mənə görə, çox yaxşı biridir. Mənim, Yurgen Kloppun, Tomas Tuxelin, Ole-Qunnar Sulşerin – hamımızın başına gələ biləcək şeylərdir. Məğlub olanda ən pisi sənsən. Ümid edirəm ki, Stiv yaxın zamanda daha güclü qayıdar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button