“Mançester Siti”dən heç də geri qalmırıq” – “Arsenal”ın futbolçusu

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 30-cu turunun “Mançester Siti” ilə bu gün baş tutacaq oyunu öncəsi London komandasının əhval-ruhiyyəsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu rəqibdən geri qalmadıqlarını bildirib:

“Biz onlardan heç də geri qalmırıq. Biz “Arsenal”, onlar “Mançester Siti”dir. Bizim bəzi inanılmaz oyunçularımız var və onların da inanılmaz futbolçuları var. Mən “Etihad”a gedib autsayder olmamağı üstün tuturam!”

“Arsenal” Premyer Liqada 28 turdan sonra 64 xal toplayıb və 1-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button