“Mançester Siti” “Liverpul”un rekordunu təkrarladı

“Mançester Siti” ötən gecə İngiltərə Liqa Kubokunun yarımfinalında “Mançester Yunayted”ə qalib gələrək turnirin finalına vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” bununla da ardıcıl dördüncü dəfə finalda oynamaq şansı qazanıblar.

“Mançester Siti” bu uğuru sayəsində daha öncə “Liverpul”un imza atdığı rekordu təkrarlamağa nail olub. Belə ki, “qırmızılar” da 1981-1984-cü illər aralığında Liqa Kubokunun finalında oynayıb. Turnirin ən çox – 8 dəfə qalibi olmuş “Liverpul” həmin final oyunlarının hamısından qalib ayrılıb. “Mançester Siti” də son üç mövsümdə bu turnirin qalibi olub. “Şəhərlilər”in də ardıcıl dördüncü dəfə qalib olub-olmayacağını isə zaman göstərəcək.

Qeyd edək ki, “Mançester Siti” aprelin 25-də həlledici matçda “Tottenhem”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button