“Mançester Siti”dən yeni rekord

“Mançester Siti” İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsində “Suonsi”ni məğlub edib.

Komanda.az xəbər verir ki, 3:1 hesablı qələbə qazanan “şəhərlilər” yeni rekorda imza atıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Mançester Siti” İngiltərədə bütün turnirlər daxil olmaqla ardıcıl 15 rəsmi oyunda qələbə qazanan ilk Premyer Liqa klubu olub.

“Mançester Siti” sonuncu dəfə ötən ilin dekabrında, Premyer Liqada “Vest Bromviç”lə oyunda xal itirib – 1:1. “Şəhərlilər” hazırda Premyer Liqada 50 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button