
“Nottingem Forest” futbolçusunu istəyən “Mançester Siti”yə şərtini bildirib
“Nottingem Forest”in ingiltərəli yarımmüdafiəçisi Morqan Gibbs-Uayt “Mançester Siti”yə keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
“Meşəçilər” artıq “Mançester Siti”yə 26 yaşlı yarımmüdafiəçini əldə etmək istəsələr, 69 milyon avrodan çox pul xərcləməli olacaqlarını bildirib.
“Şəhərlilər”in bu transferdə məqsədi yarımmüdafiə xəttini möhkəmləndirməkdir – xüsusilə də, yaxın zamanda Bernardo Silvanın komandadan ayrılması gözlənilir.
Gibbs-Uayt cari mövsümdə bütün yarışlarda 35 oyunda meydana çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



