MS futbolçusunu 58 milyon avroya satmağa razıdır

“Mançester Siti”nin futbolçusu Bernardo Silva bu mövsümün sonunda klubunu tərk edə bilər. 

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı futbolçu üçün ən azı 58 milyon avro təklif edilərsə, onu satmağa hazırdır. 

Bundan əvvəl mətbuatda Silvanın “Barselona”ya keçmək istədiyi bildirilirdi. 

29 yaşlı futbolçu bu mövsüm 48 matçda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button