“Mançester Siti”nin Əli sevgisi

“Mançester Siti” İraqın “Al Şorta” klubunda forma geyinən Mohanad Əliylə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Al Şorta” klubunun baş məşqçisi Neboysa Yovoviç yerli mətbuata açıqlamasında deyib. O, “Mançester Siti”nin Əli üçün rəsmi təklif göndərdiyini bildirib:

“Mançester Siti”nin Əli üçün ciddi təklifi var. Mohanad Əli uyğunlaşmaqda problem yaşamaz. O, Asiya futbolunun Qabriel Batistutasıdır”.

Mohanad Əli İraq millisi ilə 14 oyunda iştirak edib. 18 yaşlı hücumçu yığmada 8 qol vurub. Onunla qış transfer pəncərəsi dövründə “Qalatasaray” yaxından maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button