“Mançester Siti” “Arsenal”ı zirvədən saldı

İngiltərə Premyer Liqasında 12-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, lider “Arsenal” doğma meydanda əsas izləyicisi “Mançester Siti” ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Bu nəticədən sonra “Mançester Siti” xalını (51) “Arsenal”la bərabərləşdirib. Nəticədə bu komanda əlavə göstəricilərə görə zirvəyə yüksəlib, “Arsenal” isə ikinci pilləyə düşüb. “Topçular”ın ehtiyatda daha bir təxirə salınmış oyunu var.

İngiltərə Premyer Liqası
12-ci turun oyunu

15 fevral

Arsenal – Mançester Siti 1:3
Qol: Saka, 42-pen – De Bruyne, 24. Qriliş, 72. Haland, 82.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button