“Mançester Siti” 1/4 finalda, “Tottenhem” uduzdu

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Peterboro” ilə qarşılaşan “Mançester Siti” inamlı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb. “Kristal Pelas” da buna “Stok Siti” səddini keçməklə nail olub. “Midlsbro” ilə qarşılaşan “Tottenhem” isə minimal hesabla uduzaraq mübarizəni dayandırıb.

İngiltərə Federasiya Kuboku, 1/8 final

1 mart

Peterboro – Mançester Siti 0:2
Qol
: Mahrez, 60. Qriliş, 67.

Kristal Pelas – Stok Siti 2:1
Qol
: Koyate, 53. Ridevald, 82 – Taymon, 58.

Midlsbro – Tottenhem 1:0
Qol
: Kobern, 107.

2 mart

23:15. Luton – Çelsi
23:30. Sauthempton – Vest Hem
00:15. Liverpul – Norviç Siti

3 mart

00:15. Everton – Borem Vud

7 mart

23:30. Nottingem – Haddersfild

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button